"Bilet satışa çıxarılan gündən 2 saata bitdi"

30-12-2021, 12:02           
"Bilet satışa çıxarılan gündən 2 saata bitdi"
"Gecənin aparıcısı Leyla Quliyevadır. Hamı "Darıxdım" duetimizi çox bəyəndi, əgər alınarsa, onu birgə oxuyacağıq. Elşad Xose, Röya Ayxanla da duetimizi ola bilər. Amma bəlli deyil hələ...".

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov yanvarın 7-də verəcəyi konserti ilə bağlı açıqlamasında deyib. Sənətçi biletlərin tez satılıb bitdiyini, dostlarına belə dəvətnamə verə bilmədiyini söyləyib:

"Konsertin məqsədi əvvəldən bəllidir. Bilet satışa çıxarılan gündən 2 saata bitdi. Kimsə, hətta dostlarım bele bilet üçün mənə zəng etməsin. Mən tamamilə kənara çəkildim, anonslardan da hər şey məlumdur. Öz yaxınlarıma bilet almaq istədim, bitmişdi artıq, təsəvvür edin. Vəziyyət düzələndə söz verdiyim kimi 2-3 gün silsilə konsert verməyi düşünürəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.