İlon Maskın peyvənd zarafatı: "Niyə hələ də ölməyiblər?" - FOTO
31-12-2021, 12:58
ABŞ-lı milyarder İlon Mask sosial şəbəkələrdə peyvənd olunmuş və peyvənd olunmayanları ələ salan paylaşımına görə tənqid edilib.
Bizim.Media xəbər verir ki, “SpaceX” və “Tesla” sahibi Maskın "twitter" də COVID-19 peyvəndi ilə bağlı paylaşımı müzakirəyə səbəb olub.
Paylaşılan görüntüdə bir kişi və peyvənd olunmuş, başında və bədənində onlarla iynə olan həmçinin alnında QR kodlu döymə vurulmuş, ağzı maskalı adam görünür.
Həmin şəkildə onların niyə hələ də ölmədiyini düşündükləri əks etdirilir.
Tvit 290.000-dən çox bəyənmə toplasa da, Mask buna görə tənqid olunub.