Zabit Səmədov “Kuruluş Osman”dan ayrılma səbəbini açıqladı - FOTOLAR

31-12-2021, 18:25           
Zabit Səmədov “Kuruluş Osman”dan ayrılma səbəbini açıqladı - FOTOLAR
Azərbaycanın məşhur idmançısı Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında fəaliyyətini davam etdirəcək.

Teref.az yazır ki,bu barədə Oxu.Az-a idmançının özü məlumat verib: “Mən serialda fəaliyyətimi hələ başa vurmamışam. Serialın rejissoru ilə belə qərara gəldik ki, Bakıya qayıdım. Burada özümün döyüş məktəbimlə və yaradacağım promouter şirkəti ilə bağlı görəcəyim işlər vardı. Yalnız son 2 seriyada olmamışam.

Nə vaxt serialda yenidən rol alacağım 3-5 yanvar aralığında bilinəcək. Hər şey Bakıdakı işlərimdən asılıdır”.

Qeyd edək ki, Zabit Səmədov 2019-cu ilin noyabrın 20-dən yayımlanan “Kuruluş Osman”ın 35-ci bölümündən etibarən rol almağa başlayıb. O, filmdə Burak Özçivitin oynadığı baş rol “Osman Bəy”in döyüş yoldaşı “Gəncə Bəy”i oynayır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.