Son bir ildə ümumilikdə 35 kiloqram artıq çəkidən qurtulan avstraliyalı aktrisa Rebel Uilson açıq-saçıq geyimində fotolar nümayiş etdirərək pərəstişkarlarını sevindirib.
Sozcu.az xəbər verir ki, fotolar onun İnstaqram səhifəsində yayılıb. 236 mindən çox bəyənmə toplayan aktrisaya “Sən ilham pərisisən”, “İstənilən çəkidə gözəlsən “,” İnanılmaz görüntü! Bu rəng sizə çox gözəl yaraşır”,”Möhtəşəm görünürsən “,”Tədricən İnstaqramda ən cazibədar qadına çevrilirsən! – dedilər.