Deniel Kreyq cəngavər ordeninə layiq görüldü

3-01-2022, 09:08           
Deniel Kreyq cəngavər ordeninə layiq görüldü
Agent 007 Ceyms Bond haqqında filmləri ilə məşhur olan aktyor Deniel Kreyq kino və teatr sahəsindəki xidmətlərinə görə Britaniyanın Müqəddəs Maykl və Corc cəngavər ordeninə layiq görülüb.

Bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə məlumat verilib.

Xatırladaq ki, keçən il Bond roluna görə aktyor Kral Donanmasının fəxri komandiri adını alıb.

Qeyd edək ki, Kreyq jurnalist və yazıçı, Britaniya hərbi kəşfiyyatçısı Yan Fleminqin romanları əsasında çəkilmiş son beş filmdə Ceyms Bondu canlandırıb.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.