"Heç nə əbədi deyil." Arnold Şvartsenegger...

3-01-2022, 12:52           
"Heç nə əbədi deyil."
Məşhur aktyor Arnold Şvartsenegger özünün bürünc heykəlinin altında küçədə yatarkən çəkilmiş şəklini yayımlayıb və kədərlə yazıb: “Zaman necə dəyişib”.
Arnold Kaliforniya qubernatoru olanda bir otelin açılışında şəxsən iştirak edib. Otel rəhbərliyi Arnolda deyir:
-Siz bura istənilən vaxt gəlib sizin üçün ayrılmış nömrədə qala bilərsiniz.
Arnold qubernator postunu tərk edndən sonra otelə gedəndə, otel rəhbərliyi onların otelinə tələbatın yüksək olduğunu bildirərək,ondan ödəniş tələb edir və ona otaq verməkdən imtina edir.
O, yataq çantasını gətirib heykəlin altında yatmaqla insanlara bunları çatdırmaq istədiyini deyir:
- Vacib vəzifədə olanda məni həmişə tərifləyirdilər, bu vəzifəni itirəndə məni unudub vədlərini yerinə yetirmədilər. Vəzifələrinizə, pulun miqdarına, gücünüzə və zəkanıza etibar etməyin. Heç nə əbədi deyil.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.