“İlk gündən isinişdik...”

14-06-2016, 17:55           

Bu gün Əməkdar artist, müğənni Röya Ayxanın doğum günüdür.

Bəstəkar, Əməkdar İncəsənət xadimi Nailə Mirməmmədli AzNews.az vasitəsi ilə hazırda Azərbaycandan kənarda olan Röyanı təbrik edib: “Bu da bir tale, bu da bir qismətdir ki, Röya ilə yolumuz kəsişib. Xasiyyətinə görə ilk gündən isinişdik. Röya çox düzgün adamdı. Onda kişi xarakteri daha çoxdur. Röyanın mərdliyi, sözünün üstündə durması, ən əsası isə gözəl ifası, ürəyi, musiqini dərk edib yaşaması onun ən üstün cəhətləridir. Müğənnilər var ki, səsi ilə ağılı üst-üstə düşmür. Bu zaman da haradasa yaradıcılıqda axsaqlıq olur. Röyada isə səslə ağıl üst-üstə düşür; bu, bəstəkar üçün böyük tapıntıdır. Mən onunla fəxr edirəm, inanıram ki, o bir neçə ildən sonra xalqa lazım olacaq. Bir balasının xeyrini görsün, gələcəkdə yaradıcılığı bəhrəli olduğu kimi də Allah ona bir qız övladı versin. Röyadan mənim başqa bir nəvəm də olsun”.



N.Mirməmmədli Röyanı sevməyənlərə mesaj ünvanlanmağı da unutmayıb: “Ona mane ola biləcək insanlara səslənirəm: Röyanın ətrafından əskilin. Elə insanlar var ki, Röyanın yaradıcılığında yüksəliş görəndə qısqanır. Mən istərdim ki, Röya ilə düzgün rəqabət aparsınlar. Mən Röyanın şəxsi bəstəkarıyamsa, onlar da özlərinə şəxsi bəstəkar tapsınlar. Mən Röyanın yanındayam. Röya ilə rəqabət aparan müğənni ilə işləmək fikrim yoxdur, olmayacaq da. Əksinə, mən onun rəqiblərinin bəstəkarları ilə rəqabət aparmaq fikrindəyəm. Bu gün səhnə Röyanındır”.

Bəstəkar Röyaya ad günü münasibəti ilə böyük bir hədiyyə edəcəyini söyləyib: “Bu ad günündə də onun üçün qaymaq mahnı bəstələdim. Bakıya gələn kimi təqdim edəcəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.