Xalq artistinin vəziyyəti pisləşdi

2-08-2016, 22:07           

Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.

Bizimyol.info xəbər verir ki, bu gün xalq artisti Arif Quliyevin vəziyyəti pisləşərək xəstəxanaya aparılıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasının 2 -ci şöbəsinə yerləşdirilib. Xəstəxanadan saytımıza verilən məlumata görə, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya aparılan xalq artistinin, hal-hazırda xəstəxanada olduğu, vəziyyətinin normal olduğu bildirilib. Xalq artistinin özü də saytımıza açıqlamasında danışmağa çətinlik çəkdiyini, qan təzyiqinin aşağı salınması üçün, həkimlərin müdaxilə etdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.