"Heç qadından da ləzzət ala bilmirəm..." - Əli Mirəliyev

3-08-2016, 10:52           
"Heç qadından da ləzzət ala bilmirəm..." - Əli Mirəliyev
“Mən əbədi istirahətdəyəm. Neçə illərdir ki, bağda yaşayıram. Heç kimi görmək istəmirəm”.

teref.az xəbər verir ki, publika.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Ovqatının pis olduğunu söyləyən müğənni hər kəsdən uzaq olmaq istədiyini bildirib: “Son vaxtlar hər şeydən bezmişəm, baxıb görürəm ki, heç nəyin ləzzəti qalmayıb. Dostun, uşağın, yaxınların. Heç qadından da ləzzət ala bilmirəm. Şəhərdən qaçıb burada gizlənmişəm. Televizora da baxmıram. Nəyinə baxım e, bütün günü ya xörək bişirirlər, ya da, boş-boş verilişlər verirlər. Bezmişəm hər şeydən. İnsanın əhval-ruhiyyəsi yaxşı olanda həyatdan da zövq alır. Mənim ovqatım o qədər pisdir ki, nəinki zövq ala bilirəm, ümumiyyətlə, ağacdan, güldən-çiçəkdən başqa heç nə görmək istəmirəm. Ağacları sulayıram, göyərçinləri yemləyirəm, özüm də oturub onlara baxıram. Onlar da olmasa, məhv olaram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.