“Bi-2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər

1-02-2024, 15:34           
“Bi-2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər
İsrail konsulu “Bi-2” rok qrupunun baraban ifaçısı, iki gitara ifaçısı, klavişli alətlər ifaçısı və aranjimançısının İsrailə deportasiyası ilə bağlı Tailandın immiqrasiya orqanları ilə razılaşıb.

Musiqiçilərin yaxın ətrafındakılarının verdikləri məlumata görə, Aleksandr Uman ( “Bi-2”nin Şurası) barəsində də İsrailə deportasiya ilə bağlı razılaşmaq mümkün olub.

Bundan əvvəl qrupun təsisçisi Yeqor Bortnik (“Bi-2”nin Lyovası, Rusiyadakı xarici agentlərin reyestrinə daxil edilib) İsrailə deportasiya edilib.
“Konsul musiqi qrupunun bütün üzvlərinin Tailanddan İsrailə deportasiyası ilə bağlı razılığa gələ bilib. Onlar artıq qeydiyyat məntəqəsindən keçiblər və yola düşməyə hazırlaşırlar. Hazırda onlar təyyarədədirlər, hər şey qaydasındadır”, - deyə məlumatda bildirilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru