Dünyanın ən məşhur moda brendinin adı açıqlanıb

1-02-2024, 18:09           
Dünyanın ən məşhur moda brendinin adı açıqlanıb
“Lyst” onlayn platforması dünyanın ən məşhur moda brendlərinin reytinqini dərc edib. Siyahı platformanın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, siyahıda birinci yeri İtaliyanın “Prada” brendi tutub. Son rübdə moda evi Şanxayda “Pradasphere II” adlı sərgi açıb və NASA astronavtları üçün skafandrlar hazırlamaq üçün ABŞ-nin “Axiom Space” şirkəti ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bundan əlavə, brend Maya Houk, Demson İdris, Lui Patrik və Kim Terinin rol aldığı bir reklam kampaniyası yayımlayıb.

İkinci yerdə “Miu Miu” brendi qərarlaşıb. “Loewe” brendi üçüncü yeri tutub. 2023-cü ilin son rübünün ən populyar moda brendləri siyahısına, həmçinin “Bottega Veneta”, “Moncler”, “Saint Laurent”, “Versace”, “Jacquemus”, “Burberry”, “Valentino”, “Gucci”, “Balenciaga”, “Diesel”, “Skims”, “Dior”, “Louis Vuitton”, “UGG”, “The Row”, “JW Anderson” və “Fendi” də var.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru