ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı – FOTOLAR

5-08-2016, 08:53           
ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı – FOTOLAR
MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb. AZXEBER.COM-un məlumatına görə, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində “Günəş TV” yayımlanmağa başlayıb.
Maraqlıdır ki, “Günəş TV” ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün “Cəsus uşaqlar-2″ filmini yayımlayıb. Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan “Günəş TV” 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
Son bir neçə gündür ki, “Günəş TV” ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.