Əli Mirəliyevin fəxri ad qalmaqalı - “Polad Bülbüloğlu adımın üstündən xətt çəkdi”

6-08-2016, 11:51           
Əli Mirəliyevin fəxri ad qalmaqalı - “Polad Bülbüloğlu adımın üstündən xətt çəkdi”
"Fəxri ad və ya təqaüd almaq üçün prezidentdə müraciət etmişdim. Ərizəm Mədəniyyət Turizm Nazirlyinə göndərildi, onlar da dedilər ki, hələ gözlə”.

Bu fikirləri Unikal.org-a tanınmış müğənni Əli Mirəliyev deyib. Bundan əvvəl onun fəxri ad almasına əngəl yaradan şəxslərin də adlarını çəkib: "Mənim fəxri ad almağıma mane olan ən birinci şəxs Polad Bülbül oğludur. O nazir olan vaxt mənim adımın üstündən xətt çəkib ki, Əli Mirəliyevə ad düşmür. Məndən xoşu gəlmirdi Poladın. Həmişə ona deyirdim ki, səndən oxuyan olmayacaq, get, Nizami kinoteatrında bilet sat. O boyda Bülbülün oğlu ara mahnıları oxuyurdu. Əbülfəz Qarayevə gəlincə, onun musiqidən anlayışı yoxdur. Musiqini bilsəydi, mən ondan umardım. O adam Səməd Səmədovla Əli Mirəliyevin fərqini bilmir. Buna görə də Əbülfəz Qarayevən gözləntim yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.