ANS-in bazasında yeni TV qurulur, Mir Şahinə vəzifə verilir?

6-08-2016, 21:42           
ANS-in bazasında yeni TV qurulur, Mir Şahinə vəzifə verilir?
ANS TV-nin bazasında yeni televiziya kanalının açılması nəzərədə tutulur

Daxil olan məlumata görə, uzun müddətdir müzakirə edilən və açılmasına qərar verilən ASAN TV ANS TV-nin texniki bazası üstündə qurulacaq. Xəbərdə vurğulanır ki, ANS bir daha açılmayacaq və onun bütün texnikası satın alınaraq, ASAN TV-nin binasında quraşdırılacaq.

Həmçinin ASAN TV-nin ANS-in yaradıcı personalını tam heyətlə işə dəvət edəcəyi də gözlənilir. İddia edilir ki, hakimiyyət 500-dən artıq jurnalistin ANS-in bağlanması ilə işsiz qalmasında maraqlı deyil və bu peşəkar heyəti tam tərkibdə yeni kanalda işlə təmin etməyi hədəfləyir.

ANS-in vitse-prezidenti, məşhur jurnalist Mir Şahin Ağayevə də ASAN TV-də yüksək vəzifə veriləcəyi bildirilir.(millətinsəsi.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.