Faiq Ağayev evlənməməyinin səbəbini açıqladı - “Mənim üçün dünyanın ən gözəl qadını...“
7-08-2016, 09:38
“Sakit, ətrafımda heç kimin olmadığı istirahəti xoşlayıram. Ya meşə, ya da dəniz kənarı olsun, ləpələrin səsi eşidilsin. Aktiv istirahəti, dağa-daşa qaçmağı sevmirəm”.
Bu sözləri xalq artisti Faiq Ağayev "Star life" verilişinə açıqlamasında deyib.
Müğənni depressiyadan, dostlarından danışıb: Depressiyanın zəif insanlara xas bir hal olduğunu deyən müğənni heç vaxt bu hala düşmədiyini deyib: “ Üç dostum var, hamısı da bu aləmdən kənardılar. Sənət adamı bir-biri ilə dostluq edə bilməz. Çünki ortada bölüşə biləcəyin məqamlar var”.
F.Ağayev “Bəs, Aygün Kazımova ilə dost deyilsiniz? Niyə onun konsertlərində sizi görmürük?” sualına isə belə cavab verib: “Aygün xanımla çox gözəl münasibətlərimiz var. Aygün mənim heç bir konsertimdə olmayıb. Amma mən onun bir neçə böyük konsertində olmuşam. Həm də dəvət edilmədiyim yerə necə gedim?”.
Şəxsi həyatından danışan ifaçı hələ də subay olmasının səbəbini də açıqlayıb: “Mənim üçün dünyanın ən gözəl qadını anamdır. Evdar, gözəl, qayğıkeş biridir. Hələ də subayam. Mənə dözən lazımdır. Səhər saat 6-da yatıram, günorta 1-də oyanıram, televizora baxıram, siqaret çəkirəm... Buna dözmək lazımdır. Buna dözməyə hazır olanlar var, amma axıra kimi gedə biləcəklərmi?”.
Axşam.az