“Gül satıb, maşın şüşəsini silirdim…” – Zamiq

7-08-2016, 18:03           
“Gül satıb, maşın şüşəsini silirdim…” – Zamiq
Müğənni Zamiq Hüseynov keçmişdə yaşadığı çətin günlərindən danışıb.
Müğənni ağrılı-acılı günlərini yada salaraq “Starlife” verilişində bugünə kimi valideynlərinə minnətdarlığını dilə gətirib:
“Mən valideynlərimə minnətdaram. Səhnəyə addımlarımı atmağımda mənə dəstək olsalar da, imkanları olmayıb. Mənə kostyum almağa belə imkanları olmayıb. Asəf Zeynallı adına Bakı Musiqi Kollecində oxuyanda hamı şık geyinib gəlir, Zamiq isə əmisioğlu, dayısıoğlunun paltarlarını geyinib gedirdi dərsə. Bunları ilk dəfə deyirəm. Amma valideynlərimə nəyə görə borcluyam bilirsiniz? Onların əməllərinə, saf niyyətlərinə. Öz həyatım haqqında film çəkdirsəm hamı ağlayar. Zamiq haralardan gəlib, nə əziyyətlərdən keçib hamı bilsə…Hər gün baxıram arxaya və şükr edirəm ki, nə yaxşı o günləri yaşamışam. Biri gəlib əgər mənim maşınımın şüşəsini silmək istəyirsə, mənə gül satırsa, mütləq özümü onun yerinə qoyuram. Mənim də çünki o vaxtlarım olub. Heç bir insanın hələ də o cür insanların qəlbinə dəyə bilmirsən. Çünki yadıma düşür ki, mən də o işlə məşğul olanda mənə necə təsir edirdi?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.