Aqil M.Quliyevin xalq artisti sevgilisi, Rozanın ideal bədəni, şaqqıldadan fotoqraf – HƏFTƏBECƏR

8-08-2016, 11:04           
Aqil M.Quliyevin xalq artisti sevgilisi, Rozanın ideal bədəni, şaqqıldadan fotoqraf – HƏFTƏBECƏR
Bilirəm ki, indi çoxunuz dağda-bağda istirahətdəsiniz. Ona görə də hamınıza xoş istirahətlər arzu edirəm. Həm öz adımdan, həm də Qulpqoyan dayının adından. Qulpqoyan dayı deyir ki, mənim adımı “optovoy” arzu-dilək söhbətinə salma, özümün xüsusi arzularım olacaq. Eyb etməz, təki Qulpqoyan dayı inciməsin. Həmişə istirahət, xoş günlər, toy-nişan olsun.
Toy demişkən, tanınmış rejissor Aqil M.Quliyevdən bu günlərdə bir xoş xəbər almışıq. 44 yaşlı rejissor subaylığın daşını atır. Hələ ki, xanımın nə adı bizə məlumdur, nə də soyadı. Deyilənlər isə bir az çaşdırıcıdır. Saytların yazdığına görə, Aqilin hazırda münasibətdə olduğu xanım ölkənin tanınmış sənət adamlarından biridir, hətta xalq artistidir. Hər kimdirsə, əlimizdən xoşbəxtlik, gözəl günlər arzulamaqdan başqa heç nə gəlmir. Aqil ölkənin ən peşəkar 2-3 klipmeykerindən biridir, rejissor kimi də iri addımlarla irəliləyir. Bircə qalırdı şəxsi həyat, o da qaydasına düşürsə, nə gözəl.
lhamə Quliyevanın oğlu Orxan Nadirovun ayağı burxulub, xəstəxanaya yerləşdirilib. İlk baxışdan adı hadisədir. Hər kəsin ayağı burxula, xəstəxanaya yerləşdirilə bilər. Ancaq məsələnin başqa tərəfi var. Bu hadisə fevralın 24-nə qədər (İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib) baş versəydi, indi həmin xəstəxananın qabağı, müğənnilərin öz təbirincə desək, anşlaq idi. Palataya pəncərədən dırmaşan kim, baş həkimə görüm-baxım edib xəstəni görməyə girən kim, İlhamə xanıma zəng vurub “rayonda toydayam, Bakıya çatan kimi birbaşa xəstəxanaya gələcəm” deyib üzrxahlıq edən kim. Bütün bunlar fevrala kimi ola biləcək şeylər idi. Ümumiyyətlə, İlhamə Quliyevanın vəfatından sonra nə yazıramsa, ağlıma ilk bu fikir gəlir – atlar ölüb…
Müğənni Roza Zərgərli deyib ki, şou-biznesdə ən ideal bədən məndədir. Hmmm… Düşündürücü bəyanatdır. Düşünə-düşünə Rozanın fotolardan, videolardan gördüyüm əzalarını xatırladım. Qərarımın nə olduğunu soruşmayın, hələ düşünürəm. Amma bir təklifim var. Onsuz da, son illər gündə bir müsabiqə keçirilir. Elə bu bədən söhbətinin də müsabiqəsini keçirmək olar. Beş nəfərdən ibarət münsiflər heyəti yaradılır, iştirakçılar bir-bir münsiflərin qarşısından keçirlər, onlar da baxıb qərar verirlər. Münsiflərdən biri olur Əli Mirəliyev. Çünki xeyli təcrübəli adamdır, sözün düzünü deyəndir və bir az da tərəfkeşlik edib deyim ki, dostumuzdur. Canəli Əkbərov olur ikinci münsif. Çünki onun da yaşı 75-dir, sənət aləminə dərindən bələddir, sərrafdır. Biri də olur Samiraldo. Əgər iştirakçı münsiflərin qarşısına çox qapalı libasda gələrsə, Samiraldo tez yerindən hoppanıb həmin iştirakçının ora-burasını açır, düzəldir… Görün bu müsabiqəylə nə qədər söz-söhbətlərin qarşısını almaq olar. O biri iki münsifi də siz təklif edin, görək nə edə bilirik.
Müğənni Xatirəyə sosial şəbəkədə evlilik təklif ediblər. O da deyib ki, oğlum Emil sizi öldürər. Hər kimdirsə, ev dağıdan, ev yıxan adamdır. Sən görmürsən ki, bunun yanında özü boyda oğlu, 5 dil bilən, 5 min işçisi olan əri var? Xumar Qədimova demişkən, zülm gədəsən e.
Nura Suri aktiv sosial şəbəkə istifadəçisidir. Paylaşımlarının bir qismi yaşadığı binanın qazsızlığıyla bağlı olur, bir qismi də bikinidə-zadda olan fotolarıdır. O gün yenə paylaşıb. İnsafən, 41 yaşa görə yaxşı qalıb. Amma Qulpqoyan dayı buradan qulağıma deyir, yaz ki, Brillianta çatmaz.
Bir müğənni də deyib ki, evli olsam da, soyunmağa hazıram. Kimdirsə, təcrübəsizliyi dərhal hiss olunur. Onu demirlər e, soyunub gəlirlər. Yəni soyunub gəlirlər, fotoqraf da şəkilləri şaqqıldadır. Çək ki çəkəsən şəkildən. Sonra 5-6 dənəsini seçib verirsən saytlara, olur gündəm.
Milli.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.