"Bacarmırsansa, başını o kola salma" - Əkiz bacılar
9-08-2016, 13:28
“Təyyar Bayramovdan muğam dərsi almışıq. Onun tələbəsiyik”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənnilər Sevil və Sevinc Səfərovalar deyib.
Əkiz bacılar muğam oxuya bilmədiklərini deyənlərə belə cavab veriblər:
“Biz estradanı atıb, muğam oxuyacağımızı demirik. Dərsə sırf muğamdan xəbərdar olmaq üçün getmişik. Bir şeyi ki, bacarmırsan, başını o kola salma. Alınmayacaqsa, niyə onu korlamalısan? Muğam dərsini məlumat toplamaq üçün aldıq”.
Sevil və Sevinc müğənnilərin əksəriyyətinin tükr boğazları ilə oxumasından söz açıblar:
“Şou-biznesimizdə o qədər Əmrah, Ebru Gündeş var ki... Müğənnilərimizin çoxu türk boğazları ilə oxuyurlar, nəyinki muğam tərzində. Yalandan deməyim, türklərə qulaq asmırıq. Biz Ebru Gündeşin ifası ilə böyümüşük”.