“Kurtlar Vadisi” Azərbaycan xalq artistinə yüksək qonorar təklif etdi, amma….

10-08-2016, 07:49           
“Kurtlar Vadisi” Azərbaycan xalq artistinə yüksək qonorar təklif etdi, amma….
Xalq artisti, muğam ifaçısı Əlibaba Məmmədovun AzNews.az-a müsahibə verib. Bu müsahibədə Azərbaycanlı sənətkar “Kurtlar Vadisi Pusu” serialında mahnılarınızın biri səsləndirilməsi və “Pana film” şirkətinin həmin mahnının müqabilində ona təklif etdiyi qonorar haqda danışıb. teref.az Ə.Məmmədovun bu məsələ ilə bağlı fikirlərini təqdim edir:
“Türkiyədən tez-tez qonağım olur. Həmin mahnı üçün mənə zəng etdilər. Dedim ki, gəlin sizi görüm, söhbət edək, sonra qərar verərəm. Onlar da gəldi. Mahnının oxunmasına icazə verdim. Dedim gedin oxuyun halalınız olsun. Buna görə mənə yüksək qonorar təklif etdilər. Amma mən razılaşmadım. Dedim mən belə şeyə razı olmaram. Vaxtilə bəstəkarlar öz mahnılarını satardı. Bir kişi deyə bilməz ki,Əlibaba mənə mahnı satıb, ona 100 manat vermişəm. Bu, olmayıb. Onlar mənə serial ağırlığında pul təklif eləsəydilər, yenə də almazdım. Allah vergisini, xalqın malını xalqa sata bilmirəm. Mənim bütün mahnılarım gözəldir. İranda da mənim mahnılarım oxunur. Bütün mahnılarımı halal edirəm. Əsas odur ki, orada Azərbaycan xalq mahnısı yazılıb, bu, yüz qonorara bərabərdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.