"Mənim ləzzətimi dadan çox dayana bilməz” - Bülənt Ərsoy
11-08-2016, 08:18
Türkiyənin “Diva” ləqəbli məşhur müğənisi Bülənt Ərsoy kosmetika mağazasında alış-veriş etdikdən sonra jurnalistlərlə söhbətləşib.
teref.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyri-adi aksesuarları ilə diqqət cəlb edən 64 yaşlı sənətçi daha bir xüsusi geyiminin hazırlıq mərhələsində olduğunu deyib.
Tətili yarımçıq qoyaraq hazırlatdırdığı paltarı yoxlamağa gələn B.Ərsoy istirahətə gəmi ilə qaldığı yerdən davam edəcəyini bildirib.
Taksiyə əyləşib getmək istəyərkən jurnalistlərdən birinin “Bülənt xanım, sürücünüz qayıtmış” söyləməsinə “Diva belə cavab verib: “Mənim ləzzətimi dadan çox dayana bilməz”.
Qeyd edək ki, 10 il B.Ərsoyun sürücüsü olmuş Erşan Ünal martda işindən ayrıldıqdan sonra müğənni 3 ayda 9 sürücü dəyişib. Ünalın işə qayıtması ilə problem həllini tapıb.