Müğənni Deniz Sekinin vaxtından əvvəl həbsdən çıxa biləcəyi haqda xəbər yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 15 iyul qiyam gecəsindən sonra həbsxanalarda sıxlıq yarandığı üçün bəzi məhkumlar barədə əfv qərarı çıxa bilər.
2016-cı il yanvarın 1-dən əvvəl həbsxanaya düşən məhkumların bəzilərinin cəzasının 5 il azaldılacağı haqda təklif Deniz Sekini də sevindirib. Müğənninin vəkili bildirib ki, bu, haqda təklif qanuniləşərsə, Denizin həbsdən çıxacağı realdır.
Bu arada D.Sekinin həbsdən çıxandan sonra realiti-şou ilə ekranlarda görünəcəyi deyilir. Bir prodüser şirkəti ifaçının həyatını anbaan çəkərək ekrana gətirmək üçün sənətçinin menecerinə təklif göndərib.