İlhamə Quliyevanın həbsdəki köməkçisi məhkəməyə çıxarılır

15-08-2016, 14:11           

“Mehriban Hüseynovanın məhkəməsi bu gün saat 12-də başlayacaq. Məhkəmə prosesinə tam hazırıq”.
Bu barədə Modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisinin hüquqlarını müdafiə edən vəkil Vasif Mirzəyev deyib.
Vəkil bildirib ki, Mehriban Hüseynovanın səhhətində ciddi problemlər yaranıb:
“Mehriban xanımla sonuncu dəfə bu günlərdə əlaqə saxlamışıq. Onun səhhətində ciddi problemləri var.
Bu gün o, etmədiyi əmələ görə 10 aydır ki, günahsız yerə həbsdə saxlanılır”.
Vasif Mirzəyev söyləyib ki, Mehriban Hüseynovanın boğazında şiş əmələ gəlib və bu ona çox pis təsir edir:
“Mehriban Hüseynovanın boğazında şiş əmələ gəlib. Həbsxana şəraitində müalicəsizlik və baxımsızlıq bu gün Mehriban xanıma çox pis fiziki və səhhətinə də təsir edir.
Onun həyat yoldaşı ilə də hər gün mütəmadi əlaqə saxlayırıq. Bu günləri də məhkəmə prosesində iştirak edəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.