Sərxan Kərəmoğlu: "Qızını bakirə adı ilə satıb..."

27-08-2016, 15:23           

"Azərbaycanda saf, təmiz hacı adından istifadə etmək olar".

Məşhur aparıcı Sərxan Kərəmoğlu müqəddəs həcc ziyarətinə gedib, sonra hacı adından istifadə edənləri qınayıb. Aparıcı İnstagram hesabından səslənərək, onları tənqid atəşinə tutub. S.Kərəmoğlunun sözlərini olduğu kimi təqdim edirik:

"Bu 1 ayda o qədər insanlıqdan danışıb, 11 qat hacı adını alıb, insanların çörəyi ilə oynayan, özü bir tərəfə, qızını bakirə adı ilə satıb, dəfələrlə dost dediyi insanların çörəyinə bais olan adamları gördüm ki, Allahım, sən onları ixlas et... Anlamadığım bir şey var, bu həcc ziyarətinə gedənlər də bilmirlər ki, o dünyaya gedəndə heç nəyi özləri ilə aparmayacaqlar.

Mənim bir dostum var, hacıdır. Neçə illərdir məni həcc ziyarətinə göndərmək istəyir. Mən isə ziyarətə nə maddi, nə də mənəvi hazır olmadığımı bildirirəm. Çünki borclarım var, uşaqları oxuduram və s. İndi anlayıram ki, yox, gedib orada yaxşı çevrə toplamaq və gəlib Bakıda saf, təmiz hacı adından istifadə etmək olar. Biz belə zəmanədə yaşayırıq. Allah sonumuzu xeyir etsin deyirəm, amma məncə, elə sondur..."
Primetime.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.