Ramiz Məlik də “Flora-Zeynəb qalmaqal”ına qarışdı - Reaksiya
27-08-2016, 22:10
Tanınmış korifey sənətkar, Xalq artisti Flora Kərimovanın digər korifey sənətçi-Xalq artisti, millət vəkili Zeynəb Xanlarova haqda mətbuatda səsləndirdiyi son fikirlər-ittihamlar cəmiyyətdə heç də birmənalı və müsbət qarşılanmayıb. Əksəriyyət F. Kərimovaya bu ittihamlarına görə, öz iradlarını bildirməklə yanaşı, iki böyük sənətkar arasında ümumiyyətlə, bu çür qalmaqala ehtiyac olmadığını da vurğulayıb. Gununsesi.info-nun məlumatına görə, tanınmış aktyor, Xalq artisti Ramiz Məlik də iki sənətkar arasında yaşananların xoşəgələn hal olmadığını bildirib. O, “Facebook”da bu yöndə açılmış müzakirələrdən birinə yazdığı şərhində bunları qeyd edib. “Heç xoşagələn hal deyil. Qulağımız İlhamədən dincəlmişdi. Arzum budur ki, bu məsələ şişirdilməsin. Həri iki böyük sənətkarı xalq çox sevir!!! Bu sevgini qoruyun”- deyə, o, yazıb. Qeyd edək ki, Z. Xanlarovaya qarşı bir sıra ağır ittihamlar səsləndirən F. Kərimova həmkarını “səsi olmamaqda”, “siyasi sürüşkənlikdə” suçlandırmışdı.