“YouTube” “Premium” istifadəçiləri üçün yeni planlar hazırlayıb
29-06-2024, 10:54
“Google”a məxsus “YouTube”, yeni abunə planları üzərində fəal işləyir.
İndex.az xəbər verir ki, paylaşılan yazının son bölməsində “YouTube”, mövcud təkliflərin daha çox bölgə və istifadəçi üçün genişləndiriləcəyini və daha çox plan variantı olan üzvlərə yeni abunə planlarının təklif ediləcəyini bildirib.
Şirkət yeni planlar üzərində işlədiyini təsdiqləsə də, bu planların nələri ehtiva edəcəyi və hansı üstünlükləri təqdim edəcəyi barədə heç bir məlumat paylaşılmayıb.
“YouTube”, həmçinin bir müddət əvvəl “Android”də mövcud olan “Premium” abunəçiləri üçün süni intellektlə dəstəklənən “atla” funksiyasının yaxın həftələrdə “iOS”a da gələcəyini açıqlayıb.
Bundan əlavə, “Android”də “Premium” istifadəçiləri “YouTube Shorts”a şəkil içində şəkil rejimində baxa biləcəklər.