TikTok-un Sinqapurdakı baş ofisində 60 nəfər zəhərlənib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbəır verir ki, zərəçəkənlər ofisin yeməkxanasında zəhərləniblər. Onlardan 57-si xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub. Qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq. Hazırda hadisə yerində mütəxəssislər yoxlama aparır.