Lombard Dilarə Bağırovadan şikayət: Girov qoyulan 34 avtomobilə həbs qoyuldu
Bu gün, 07:34

Qoçu dəstəsi saxlayan Dilarə Bağırova lombardınının girov qoyulan avtomobilirə həbs qoyuldu – Müştərilərdən etiraz
Azəraycanda son illər lizing, və avtomobil lombardı qoyub pul götürmək geniş yayılıb. Paytaxtda yerləşən lombardların əksəriyyəti artıq şəxsi avtomobilləri girov kimi götürərək əvəzində vətəndaşa faizə pul verir. Vətəndaş lombard arasında məhkəmə çəkişmələri isə getdikcə artmaqdadır.
XALQ xəbər verir ki, son illər məhkəmə çəkişmələrində olan qalmaqallı lombardlardan biri də Dilarə Bağırovanındır.
Adı çəkilən lombard sahibi bir neçə ildir ki, avtomobillərin girov müqabilində yüksək faizlə pul verir. Əldə etdiyimiz məlumata görə Binəqədi rayon icra şöbəsi lombardının təsisçilərindən biri olan Bağırova Dilarə Həmid qızının adında olan 34 avtomobilə həbs qərarı qoyulub.
Məlumatda bildirilir ki, avtomobillərə həbs qoyulması Dilarə Bağırovanın lombardının müştərilərinin narazılığına səbəb olub. Çünki Dilarə Bağırovanın məhkəmə çəkişməsinə görə girov qoyulan avtomobillərin ölkə ərazisində hərəkəti məhdudlaşdırılıb.
media-manat
Qeyd edək ki, Dilarə Bağırova daha əvvəl də qalmaqalları ilə medianın gündəminə gəlib. O bir neçə il öncə məşhur futbolçu Mahir Cavadova yüksək faizə verdiyi pula görə gündəmə gəlmişdi.
XALQ əldə etdiyi daha bir məlumatda isə Dilarə Bağırovanın qoçu dəstəsi saxladığı, bu dəstənin faizi gecikdirən vətəndaşların avtomobillərini məhkəmə qərarı olmadan zorla əllərindən aldığı iddia edilir.
Bu barədə XALQ-ın növbəti sayında ətraflı məlumat verəcəyik.
Yazıda adları keçənlərin və qurumların mövqeyini dərc etməyə hazırıq