Amsterdam məhkəməsi niderlandlı futbolçu barədə qərar verdi

9-07-2025, 08:57           
Amsterdam məhkəməsi niderlandlı futbolçu barədə qərar verdi
Niderlandda Amsterdam Apellyasiya Məhkəməsi Rusiyanın "Spartak Moskva" klubunun keçmiş niderlandlı futbolçusu Kvinsi Promes barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.

Oxu.Az bu barədə "De Telegraaf" nəşrinə istinadla xəbər verir.

Promes iyunun 20-də Birləşmiş Ərəb Əmirliklərindən ekstradisiya edilib. O, Niderlanda gətirildikdən sonra həbs edilib.

Bundan əvvəl Amsterdam məhkəməsi Promesi iki işdə - qohumuna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilib. Birinci iş üzrə o, 1.5 il, ikinci iş üzrə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Promesin vəkilləri qərardan apellyasiya şikayəti veriblər.

Şikayət üzrə proses 2026-cı ildə keçiriləcək, dəqiq tarix hələlik açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru