Milli Müdafiə Universitetində qadınlar üçün ixtisaslar - SİYAHI

9-07-2025, 07:59           
Milli Müdafiə Universitetində qadınlar üçün ixtisaslar - SİYAHI
Bu ildən etibarən Milli Müdafiə Universitetində qadın abituriyentlər üçün sənəd qəbulu başlanıb.

Universitetdə qadınlara müxtəlif ixtisaslarda hərbçi olmaq imkanı yaradılıb, lakin bu, əlinə silah alıb cəbhəyə getmək anlamına gəlmir. Əksinə, burada qadınlar peşəkar kadrlar olaraq təhsil alacaq və Müdafiə Nazirliyinin müxtəlif sahələrində çalışacaqlar.

Qadın abituriyentlər sistem mühəndisliyi, ali kosmik mühəndislik, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi kimi sahələrdə təhsil ala bilərlər. Bu ixtisaslar, xüsusilə rabitə və mühəndislik sahələrində peşəkar mütəxəssislər yetişdirmək məqsədini daşıyır.

Milli Müdafiə Universitetində qadın abituriyentlərin qəbuluna dair detallı məlumatları universitetin rəsmi saytından əldə etmək mümkündür.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru