MKİ rəhbəri: "ABŞ-nin Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutu var"

9-07-2025, 07:55           
MKİ rəhbəri:
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Prezident Donald Trampa Ukraynada kimyəvi silahdan istifadəyə dair sübutu təqdim etməyə hazır olduğunu bildirib.

"Kommersant" nəşri xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən iclasda deyib.

"Əlbəttə, əgər kimyəvi silahdan istifadə sənədləşdirilibsə, bu, qeyri-qanunidir və bütün beynəlxalq silahlı münaqişə qaydalarını və razılaşmaları pozur. Mən kəşfiyyat məlumatlarını burada sizə təqdim edə bilmərəm, onları ayrılıqda sizə təqdim edəcəyəm" , - deyə o vurğulayıb.

Tramp MKİ rəhbərinin bəyanatına cavab olaraq söyləyib ki, beynəlxalq hüququn pozulmasına yol verməyəcək.

Xatırladaq ki, iyunun 26-da Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Ukraynada döyüş bölgəsində zəhərli maddələrin aşkar edildiyini bildirən hesabat yayıb.

Rusiyalı mütəxəssislər araşdırma ilə tanış olacağını bildiriblər, lakin təşkilatın mənbələrinə etimadsızlıq ifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru