İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI

Bu gün, 17:48           
 İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Naxçıvan Şəhər İcra Hakimiyyəti kommunal xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirdiyi tenderə yekun vurub.

FED.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” MMC (VÖEN: 2004502101) olub. Şirkətlə bağlanmış satınalma müqaviləsinin məbləği 1.470.274,10 AZN təşkil edir.

Satınalma çərçivəsində şəhərin kommunal ehtiyacları üçün bir neçə növ texnika təmin ediləcək. Bu texnikalar arasında 10 tonluq su maşını, yol təmizləmək üçün süpürgə maşını, 18 metrlik avto səbət, kran-manipulyator, daxili təchizatı ilə qəza-bərpa xidməti avtomobili, 10 tonluq özüboşaldan yük maşını və ekskavator-yükləyici yer alır.

Qeyd edək ki, “Az-Tex-İmport” MMC2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.