"Üzüklərin hökmdarı"nın ulduzu filmə qayıda bilər

8-09-2024, 16:14           
"Üzüklərin hökmdarı"nın ulduzu filmə qayıda bilər
Bu yaxınlarda "Üzüklərin hökmdarı" film franşizasının ulduzu Orlando Blum "Variety"nin jurnalistləri ilə söhbət edib.

Oxu.Az xəbər verir ki, söhbət əsnasında aktyor Endi Serkisin "Üzüklərin hökmdarı: Qolum ovu" filmində çəkilməyə hazır olduğunu bildirib.

Blum bildirib ki, o, rejissor Peter Ceksona inanılmaz dərəcədə minnətdardır, çünki "Üzüklərin hökmdarı" onun bütün karyerasını dəyişib.

Qeyd edək ki, "Qolum ovu"nun premyerası 2026-cı ilə planlaşdırılıb, lakin dəqiq tarix hələ məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.