Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video

17-06-2025, 17:38           
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda intihara cəhd olub.

XALQ məlumat verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə Ağdamın işğaldan azad olunmuş ərazilərində tikinti işləri aparılan tikintidə fəhlə işləyən şəxs intihara cəhd edib. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Ağdamda “FRIEND” MMC-nin inşa işlərində çalışan fəhlə bir neçə vaxtdır ki, maaşını ala bilmdiyi üçün intihara cəhd edib. Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Qeyd edək ki, “FRIEND” MMC Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişlərini icra edir.

Qeyd edək ki, “FRIEND” MMC-nin rəhbərləri Elçin, Elvin və Natiq Çobanov qardaşlardır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən və “FRIEND” MMC-dən heç bir açıqlama almaq mümkün olmadı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru