İlon Maskdan xəbərdarlıq: ABŞ müflis ola bilər

17-06-2025, 17:34           
İlon Maskdan xəbərdarlıq: ABŞ müflis ola bilər
İlon Mask cari maliyyə siyasətinin dəyişmədiyi təqdirdə ABŞ-nin defolt riskləri barədə xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində ABŞ-nin dövlət borcunun həcmi və ona xidmət göstərilməsi ilə bağlı postu şərh edərkən yazıb.

"Bu belə davam edərsə, ABŞ faktiki olaraq müflisləşəcək və bütün vergi gəlirləri milli borcun faizlərinin ödənilməsinə gedəcək, başqa heç nəyə vəsait qalmayacaq", - Mask qeyd edib.

Xatırladaq ki, ABŞ-nin federal vergi gəlirlərinin təxminən 25%-i yalnız 37 trilyon dollara çatan milli borcun faizlərinə xidmətə xərclənir. Eyni zamanda, büdcənin illik gəlirləri təxminən 5 trilyon dollar təşkil edir.

Qeyd edək ki, İlon Mask 368 milyard sərvətlə hazırda dünyanın ən zəngin insanı sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru