"Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib?" “Traxtor”dan Trampa cavab

17-06-2025, 12:29           
"Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib?"
ABŞ Prezidenti Donald Trampın “Tehran dərhal boşaldılmalıdır, hamı oranı tərk etməlidir!” bəyanatı böyük narahatlıq yaradıb.

“Cebheinfo.az” xəbər verir ki, Güney Azərbaycanın İran çempionu olmuş tanınmış futbol klubu “Traxtor” da bu bəyanata reaksiya verib.

Klubun bəyanatında deyilir:

“Tehranda 15 milyona yaxın insan yaşayır. Fərqi yoxdur – türk, fars və ya başqa irq. Biz türklər irqçi millət deyilik, heç kimin zərər görməsini istəmirik. Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib? Bir gündə 15 milyon insan hara gedə bilər? Bu anlaşılmazdır”.

Xatırladaq ki, hazırda Tehranda vəziyyət çox ağırdır və çox sayda insanın şəhəri tərk etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru