Əgər İsrail bu zərbələrə davam edərsə… - Pezeşkian

18-06-2025, 07:04           
Əgər İsrail bu zərbələrə davam edərsə… - Pezeşkian
Əgər İsrail Qərb ölkələrinin dəstəyi ilə cinayətlər törətməyə davam etsə, Yaxın Şərq heç vaxt sülh və əmin-amanlıq görməyəcək.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığında deyib.

“İsrail bütün beynəlxalq normaları pozur və dünya güclərinin dəstəyi ilə cinayətlər törədir. Əgər bu tendensiya davam edərsə, Yaxın Şərq regionu heç vaxt davamlı sülh və əmin-amanlıq görməyəcək”, - Pezeşkian bildirib.

Nəhyan öz növbəsində qeyd edib ki, BƏƏ İran və İsrail arasında gərginliyin azaldılmasına yönəlmiş təmasları fəal şəkildə dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru