Al Paçino yeni Roma Papası ilə görüşən ilk kino ulduzu oldu

17-06-2025, 15:28           
Al Paçino yeni Roma Papası ilə görüşən ilk kino ulduzu oldu
Al Paçino Vatikanda yeni Papa XIV Leo tərəfindən qəbul edilən ilk Hollivud ulduzu olub.

Bu barədə "Variety" məlumat yayıb.

Aktyor Romaya Nyu-Yorkdan şəxsi təyyarəsi ilə gəlib. "Oskar" mükafatı laureatı italyan prodüser Andrea Yervolino ilə birlikdə pontifikin qəbulunda olub. Onlar Mazerati qardaşları haqqında filmi - eyniadlı avtomobil şirkətinin yaradılmasından bəhs edən bioqrafik dramı təqdim ediblər.

Filmdə Paçinodan başqa, Cessika Alba, Endi Qarsiya və Mişel Morron da çəkilib.

Yervolino bu görüşün dərin mənəvi və mədəni ilham anı olduğunu qeyd edib. Onun sözlərinə görə, katolik kilsəsi və film ümumi dəyərləri çatdırır: ailə birliyi, sevgi, şəfqət və ümumi mənafeyə can atmaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru