Sovet rəhbərinin quzu xayası sevdası
Bu gün, 15:18

12 il SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən Nikolay Podqornı Azərbaycana səfər edir. Onu Bakıda qarşılayandan sonra Gəncə şəhərinə gətirirlər. Burada Gəncənin yüksək rütbəli şəxsləri, jurnalistlər, TV kanallar, Bakıdan gələn partiya mənsubları və sairə ilə görüşlər keçirirlər.
Bütün günü onu Azərbaycan mətbəxinin müxtəlif təamlarına qonaq edirlər. Növbəti gün onu Gəncənin yüksək rütbəli şəxsləri banket zalına dəvət edirlər və burada hər cürə təam olur. Gəncə mərkəzi komitəsinin sədri ali qonaq üçün sevdiyi delikates- Quzu xayası kababı hazırlanmasını tapşırır.
Kabab hazırlanır və qonağa təqdim edilir. İlk öncə bu qəribə yeməyin adını soruşanda ona deyirlər ki, bəs bu quzu xayası kababı
əsas yemək deyil, delikates sayılır, kişilərin cinsi gücünü artırır. Bunu eşidən Nikolay Podqornı onun dadına baxmağa razı olur və yeyəndən sonra çox dadlı bir kabab olduğunu etiraf edir.
Və:
Gəncədə qaldığı bir neçə gün müddətində ona ancaq quzu xayası kababı hazırlanmasını tapşırır. Hər səhər, günorta və axşam yeməyində ona bunu hazırlanmasını deyir. Gəncədə beş gün ərzində fermalarda quzu soyqırımı baş verir. Hər gün neçə neçə quzu kəsilir ki, onun xayalarından bir neçə pors yemək hazırlansın. Hər kəs fikirləşir ki, vəssalam. Daha sədr gedir və Gəncədə olan qalan quzular da salamat qalacaq.
Lakin :
Zaman gəlir çatır və o Moskvaya geri qayıdan günü tapşırıq verir : "Mənə, yoldaş Brejnevə və Siyasi Büro üzvləri üçün bu xayalardan bir neçə yeşik hazırlayın, özümlə aparacam"
Dr. Zaur Əliyev