Zülfü "O səs Türkiyə"ni fəth etdi - Video

23-10-2016, 11:47           

"O səs Türkiyə"də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb.

Axşam.az-ın məlumatına görə, Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan "Ay qız" mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərib.

Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın "Bülbüllər" qrupunun solistidir. Münsiflər çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. O, sonda Gökhan və Hakan qardaşlarını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.
[media=https://www.youtube.com/watch?time_continue=42&v=gMSuqQPYEcY]
[media=https://www.youtube.com/watch?v=tfV_1AZuU1k]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.