Gənc müğənni ilə şair arasında pul davası - ''Cinsiyyəti bilinməyənlər...''

30-10-2016, 12:36           
Gənc müğənni ilə şair arasında pul davası - ''Cinsiyyəti bilinməyənlər...''
Evini itirmək üzrə olan gənc müğənni Həmid Sultan bu dəfə hüquqlarını müdafiə edən şəxs tərəfindən aldadırıldığını iddia edir. Müğənni Criminal.az saytına bildirib ki, bir müddət əvvəl ''Bank Standart''a evini girov qoyaraq tanışına külli miqdarda pul krediti götürüb. Sonradan həmin şəxs pulu verməkdən imtina etdiyindən bank onu məhkəməyə verib.

Banka olan 75 min manat borca görə girov qoyduğu evi əlindən alınmaq üzrə olan H.Sultan apellyasiya şikayəti vermək üçün Mübariz Məsimoğlu ilə anlaşır. O, hüquqlarını müdafiə etmək üçün M.Məsimoğluya 300 manat pul verib. Lakin həmin şəxs apelyasiya şikayəti verməyib, eyni zamanda pulu geriqaytarmır.

H.Sultan deyir ki, M.Məsimoğlu özünü Ədliyyə Nazirliyinin işçisi və şair kimi təqdim edib. Sonradan isə məlum olub ki, o, kafe şəhərin mərkəzində işlədir.

M.Məsimoğlu Criminal.az-a açıqlamasında bildirdi ki, H.Sultanın məhkəmə çəkişməsi üçün aldığı 300 manat onun üçün gördüyü iş üçün çox az məbləğdir. Onun sözlərinə görə, buna baxmayaraq, onun pulunu geri qaytaracaq.

''Mən Həmidə də dedim ki, pulunu qaytaracam. Hazırda pulum olmadığından verə bilməmişəm. Amma mən Həmid və onun mənim haqqımda pis məlumatlar yayan, feysbukda ağızlarına gələni paylaşmaqla mənim imicimə zərbə vuranları məhkəməyə verəcəm. Mən şairəm, kifayət qədər nüfuz sahibiyəm. Amma cinsiyyəti bilinməyən şəxslər mənim sosial şəbəkədə ailə üzvlərimlə olan şəkillərimi paylaşaraq məni nüfuzdan salırlar''-deyə M.Məsimoğlu deyib.

Onu da qeyd edək ki, M.Məsimoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir müddət əvvəl öz həmkarı tərəfindən bıçaqlanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.