“Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi - Fuad Poladovun gedişi ilə bağlı

31-10-2016, 14:10           
“Azdrama”nın kollektivi jurnalisti məhkəməyə verdi - Fuad Poladovun gedişi ilə bağlı
Akademik Milli Dram Teatrının kollektivi jurnalist Rumiyyə Miraslanı məhkəməyə verib. AzNews.az xəbər verir ki, buna səbəb jurnalistin sözü gedən teatr kollektivinin şərəf və layəqətini təhqir etməsidir. Bu barədə teatrın aktyoru, Əməkdar artist Əli Nur məlumat verib. O, bildirib ki, türk dünyasının ana və baş teatrı olan Akademik Milli Dram Teatrının kollektivini “nakişilər” adlandıran, böyük sənət xadimlərinin şərəf və ləyaqətini təhqir edən jurnalist Yasamal Rayon Məhkəməsinə verilib. Qeyd edək ki, jurnalist oktyarın 27-də sosial şəbəkədə Xalq artisti Fuad Poladovun gedişi ilə bağlı “Kişilərin sözü bir olur...Kişilər də bizim kiçəmizdən gedir, meydan nakişilərə qalır...”-deyə bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.