Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, 90 VH 282 dövlət seriyalı, 83 nömrəli avtobus onun idarə etdiyi 99 FB 078 nömrəli, “Cip Vrangler” markalı maşını vurub:
“Səhər saat 10:15 radələri idi. ADA Universitetinin önündə “Daevo” markalı avtobus işiqfordan tərpənən zaman hərəkət etdiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb maşınımı vurdu. Maşının qapaq hissəsi, dönəcək işıqları zədələnib və həmin hissə əzilib. Ortancıl oğlum Tuğər də maşında idi. Uşaq qorxdu. Şikayət etmək üçün həmin ərazidə polis axtardım, amma tapmadım”.