Gənc istedadların səhnə uğuru – “GəncliyimİZ Teatrda – I Teatr Festivalı” uğurla baş tutdu

Bu gün, 09:44           
Gənc istedadların səhnə uğuru – “GəncliyimİZ Teatrda – I Teatr Festivalı” uğurla baş tutdu
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “GəncliyimİZ Teatrda – I Teatr Festivalı” öz qapılarını tamaşaçılar üçün açdı. Festival Ə.Əmirov adına Mədəniyyət Sarayının təşəbbüsü və ev sahibliyi ilə, “GəncliyimİZ Teatrda” Müstəqil Teatr Truppası, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı ilə həyata keçirildi.
Festivalın açılışında Truppanın təsisçisi və bədii rəhbəri Orxan Hacıyev çıxış edərək, layihənin məqsədi və gənclərin estetik tərbiyəsindəki əhəmiyyəti barədə danışdı. O, festivalın gənc teatrçılar üçün dəyərli təcrübə platforması olduğunu vurğuladı.
Festival çərçivəsində komandalar tərəfindən müxtəlif janrları əhatə edən dörd tamaşa nümayiş olundu:

- Üzeyir Hacıbəylinin “Arşın mal alan”
- Luigi Pirandellonun “Ağzı çiçəkli adam”
- Vladimir Siqarevin “Şeytan ailəsi”
- Frans Kafkanın “Çevrilmə”

Tamaşalar peşəkar münsiflər heyəti - Azad Şükürov, Məhəmməd Verdizadə, Sevda Teymurova, Hafiz Quliyev tərəfindən qiymətləndirildi və 4 nominasiya üzrə qaliblər elan olundu:

🏆 Ən yaxşı tamaşa – “Çevrilmə”
🎭 Ən yaxşı rejissor – Elşən Kərimov
🎭 Ən yaxşı aktyor – Feyruz Bayramov
🎭 Ən yaxşı aktrisa – Nərmin Məmmədova

Qaliblərə və münsiflərə xüsusi hazırlanmış plaketlər təqdim olundu. Eyni zamanda festivalda iştirak edən bütün yaradıcı heyət və könüllülər sertifikatlarla təltif olundu.

Bağlanış mərasimində “Gənclərin Töhfəsi” İB sədri Asim Vəliyev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Zamin Əhmədov çıxış edərək festivalın sosial-mədəni əhəmiyyətini vurğuladılar. Yekunda isə münsiflər heyəti festivalı boyu apardıqları təhlilləri gənclərlə bölüşdü. İştirakçılara yaradıcı tövsiyələr verdi və gələcək teatr fəaliyyətləri üçün uğurlu başlanğıc etdiklərini qeyd etdilər.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.