Manaf Ağayev etiraf etdi: - “Mən botoksdan....”

18-11-2016, 18:20           
Manaf Ağayev etiraf etdi: - “Mən botoksdan....”
Meyxanaçı Samirə Yusifqızı müğənni Manaf Ağayevi ağır ittiham edib.

AzNews.az xəbər verir ki, meyxanaçı Samirə müğənni Manaf Ağayevin estetik əməliyyat etdirdiyini açıqlayıb:

“Bəli, bu sənət cavanlığı sevir. Baxın , 1997-ci ildə Manaf Ağayevin saçları ağappaqdır. Manaf nəin ki, saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da”.

Müğənni Manaf Ağayev AzNews.az-a açıqlamasında saçının rənglədiyini təsdiqləyib:

“Hamı bilir ki, mən necə kişiyəm. Botoks, mezo nədir?! Mən , heç, onun adını bilmərəm. Bu mənim şəxsiyyətimə yaraşan hərəkət deyil. Sifətim özümdə və göz önündədir. Saçlarımı rənglədiyimi özüm efirdən demişəm. Səhnə adamıyam. Səhnədə olmasaydım saçımı təmiz qırxdırardım. Keçəl olmaq mənə xoşdur”.

Müğənni vurğulayıb ki, bu danışığın, bu hərəkətin sahibi botoks etdirməz:

“Mən botoksdan iyrənirəm. O qadın üçün olan bir şeydir, kişinin gözəlliyi elə qırışlardadır. Botoks, mezo, üz-qaş almaq mənlik deyil. Mən kənddə böyüyən adamam. Oxuduğum yəni, ciddiliyim, əsəbi olmağım da botoksu göstərmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.