Çelentanonun arvadı azərbaycanlının evinə qeydiyyata düşüb
22-11-2016, 12:15
Rusiyada vətəndaşlıq almaq istəyən məşhur italiyalı aktrisa Françeska Rivelli (Ornela Muti) Moskvada azərbaycanlının evinə qeydiyyata düşüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, yerli orqanlar onu Moskva şəhəri Qolyanovo rayonunda yaşayan Kərimov Səfa Qərib otluna məxsus mənzildə qeydiyyata alıblar. Məlumata görə, Muti bu mənzildə bir müddət qeydiyyatda olacaq. Vətəndaşlıq aldıqdan sonra yaşayacağı ünvanda qeydiyyata düşəcək. Xatırladaq ki, Muti başqa bir məşhur aktyor Adriano Çelentanonun həyat yoldaşıdır.