Xalq artisti efirdə ağladı: “Danışa bilmirəm” – VİDEO

24-11-2016, 00:35           
Xalq artisti efirdə ağladı: “Danışa bilmirəm” – VİDEO
ARB TV-də yayımlanan “Gəlin danışaq” proqramına qonaq olan xalq artisti Nəzakət Teymurova, verilişin aparıcısı Zümrüd Qasımovanın sualını cavablandırarkən, göz yaşlarını saxlaya bilməyib.

Belə ki, monitorlarda xalq artistinin doğulub boya-başa çatdığı Ağdam rayonundan kadrlar verilərkən, sənətçi kövrəlib: “Mən hər zaman deyirəm ki, mənim gözlərim çox gözəl şeylər görüb”.

Aparıcının ünvanladığı “Ən çox nələri xatırlayırsınız ordan?” sualına Nəzakət Teymurova kövrələrək cavab verib: “Ailəmi, evimizi, nənəmi, ulu nənəmi, hətta məktəbi. Artıq danışa bilmirəm kövrəlirəm”.

Daha sonra Zümrüd Qasımova xalq artistindən “Sonuncu dəfə nə zaman çıxmısınız ordan?” – deyə sual verərkən sənətçi daha da pisləşib: “Mən hər zaman demişəm. Ana və vətən mənimçün toxunulmaz bir şeydir. Mən tələbə idim orda qalanda. Gəlib gedirdim. Camaat çölə çıxmırdı. Mən də bacımın uşaqları idi, getmişdim. Saat 7 radələri olardı. Gördük ki, vəziyyət belədir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru