Fuad Poladovdan gözlənilməz addım

30-11-2016, 10:18           

Xalq artisti Fuad Poladov bu günlərdə çəkilən "Mələyin öpüşü" filmində aldığı roldan danışıb. teref.az publika.az-a istinadən xəbər verir ki, xalq artisti filmə rejissora görə çəkildiyini deyib:

"Filmə təklif alandan sonra maraqlandım. Gördüm ki, rejissor istedadlı oğlandır, Amerikada təhsil alıb, qayıdıb. Onun filminə çəkilmək mənə maraqlı gəldi, razılıq verdim. Filmdə valideyinəm, ata obrazını canlandırıram. Ürəyimcə oldu. Artıq film çəkilişləri bitib, görək tamaşaçı nə deyəcək?"

Qeyd edək ki, Oksana Rəsulovanın rəhbəri olduğu "Oskimedia"nın istehsalı olacaq filmin rejissoru Əsgər Əli Hacızadə, operatoru Nadir Mehdiyevdir.

Filmdə xalq artistləri Fuad Poladov, Şamil Süleymanov, əməkdar artist Münəvvər Əliyeva, aktrisa Təranə Əliyeva, telaparıcı Şəhriyar Əbilov, müğənni İlhamə Qasımova çəkilir.

Qeyd edək ki, bir müddət öncə açıqlamasında Fuad Poladov hər filmə cəkilməyə razılıq vermədiyini demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.