Azərbaycanlı gənc blogger Soso Pavliaşvilinin konsertinə belə etiraz etdi - VİDEO
2-12-2016, 12:47

2016-cı ilin oktyabr ayında Azərbaycan Xarici işlər nazirliyi müğənninin adını “qara siyahı”dan çıxarıb
Dünən müğəni Soso Pavliaşvilinin Bakıda xeyriyyə konserti keçirilib. Konsert Heydər Əliyev adına sarayda keçirilib.
Xeyriyyə konsertinə baxmağa yüzlərlə insan gəlib. Buna baxmayaraq konsertin Bakıda keçirilməsini tənqid edənlər də az olmayıb.
Onlardan biri də gənc blogger Mehman Hüseynov olub. M.Hüseynov, Dağlıq Qarabağın Ermənistana aid olduğunu deyən müğənnin Bakıda konsert verməsinə etiraz edib.
O, hazırladığı videoda baş verənləri bədbəxtçilik adlandırıb və müğənninin Azərbaycana gəlməsinə qadağa qoyulmasını tələb edib.
Qeyd edək ki, Pavliaşvili 2004-cü ildə Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmişdi və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulub.
2016-cı ilin oktyabr ayında isə Azərbaycan Xarici işlər nazirliyi müğənninin adını “qara siyahı”dan çıxarıb.
[media=https://www.youtube.com/watch?v=ZSDPb2odp_w]