Elza Oğuz elini təhqir edibmi? – Açıqlama
3-12-2016, 00:24

Bu gün sosial şəbəkələrdə müğənni Elza Seyidcahana məxsus olduğu deyilən yeni şeir paylaşılıb.
Musavat.com bildirir ki, bu dəfəki şeir “Rədd olun” adlanır. Məzmunu dəqiq anlaşılmayan şeirdə Oğuz eli haqqında qeyri-etik ifadələr işlədilib. Bu səbəbdən adıçəkilən şeir sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb, müəllif isə kəskin şəkildə qınanılıb.
Məsələ ilə bağlı müğənni Elza Seyidcahan musavat.com-a açıqlama verib. Müğənni bildirib ki, sonuncu şeir də onun adından uydurulub: “Mən bu barədə vəkilimə bildirmişəm. Hansı ki, qazın bahalaşması ilə bağlı mənim adımdan uydurma şeir yazmışdılar. Həmin şeiri dərc edən sayt vaxtilə mənim adımdan uydurma “Roma Papası” şeirini də paylaşmışdı. Mən “Facebook”da yoxam. Bunu kimsə yazıbsa, məhkəmədə cavab verəcək”.
Qeyd edək ki, bu günlərdə mətbuatda müğənninin adından təbii qazın və elektrik enerjisinin qiymətlərinin bahalaşması ilə bağlı “Bahalaşma qazım mənim, üşüməsin quzum mənim!” adlı şeir dərc olunub.
Müğənni musavat.com-a açıqlama verərək həmin şeirin qətiyyən ona aidiyyatı olmadığını bildirmişdi. “Rədd olun” adlanan şeirin isə sosial şəbəkədə kimin tərəfindən yayıldığı hələ ki, məlum deyil.
Elza Seyidcahanın adından “facebook”da yayılan növbəti şeiri diqqətinizə çatdırırıq:
"Nizaminin anasıyam,
Tolstoyun xalasıyam
Şekspirin nənəsiyəm,
Oğuz elinin nəvəsiyəm
Açılıb səhər Qaynayır şəhər,
Millətin üzü və sözü zəhər
Zukerberq layk edir
Hamısı masonlar Hamısı fasonlar
Hamısı qarsonlar
Suyun dibi yosunlar
Oğuz eli qışqırır Anqırır və bağırır
İtlər hürür üstümə
Mən onları sevirəm
Bəlkə burada hürən it deyil
İt ingiliscə dog,
rus dilində sobaka
Bənzəyirəm Rıbaka
Axxx
Ufff
Bibbbb
Boşanmıram əl çəkin
Baxın siz bir göylərə
Çox da yuxarı baxmayın,
başınız hərlənər
Təzyiqiniz qalxacaq
Maaşınız qalxırmı?
Rədd olun..."