“Mənim susmağımdan istifadə edirlər. Cavab vermədiyimi görüb, təhqirə keçirlər. Qoy danışsınlar. Beləcə, insanlar onların əsl simasını görürlər”. Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Brilliant Dadaşova “ATV Maqazin” verilişinə açıqlamasında deyib: “Başım həmişə yuxarıdır. Elə hərəkət etməmişəm ki, başım aşağı olsun. Mədəniyyətimdən, tamaşaçılara olan hörmətimdən insanlığı olmayanlar istifadə edirlər. Amma onlara əhəmiyyət vermirəm. Susmağa davam edəcəm”.